İcra hakimiyyəti "Şərur İnşaat"ın qanunsuz "parkovkasını" sökdü - VİDEO

“Şərur İnşaat” tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində piyadalar üçün ayrılmış səki zəbt olunmasının qarşısı alınıb.
Abşeron rayon İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşlar tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində "Şərur" MTK tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirilib. Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb, piyada səkinin zəbt olunması dayandırılıb.

Ciddi şəkildə tapşırılıb ki, vətəndaşların gediş-gəlişi üçün nəzətdə tutulan piyada səkisi bərpa olunsun və binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlər qısa müddətdə götürülsün. İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək.
Qeyd edək ki, mövcud problemlə əlaqədar sözügedən şirkətə məxsus “Jasmine Park” kompleksinin sakinləri Avtosfer.az-a müraciət etmişdilər.
Nərmin
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO










