İcra hakimiyyətində müəmma: Başçının adı və imzası var, amma özü xəbərsizdir - VİDEO

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yerli idarə, müəssisə və təşkilat rəhbərlərinə rəsmi məktub ünvanlanıb. Sənəddə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə hər biri 2 kiloqram olmaqla 10 ədəd qurban payının iyunun 16-da Şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə verilməsi xahiş olunur.
Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev bildirib ki, quruma 1000-dən yuxarı qurban payının verilməsi ilə bağlı müraciətlər var:
"Biz bu müraciətləri nəzərə alaraq şəhərdə fəaliyyət göstərən müəssisə rəhbərləri, imkanlı sahibkarlardan xahiş etmişik ki, qurban payının verilməsi ilə bağlı aksiyada iştirak etsinlər. Burada heç bir məcburiyyət yoxdur, aksiyaya qoşulmaq könüllüdür. Məktubun hazırlanıb göndərilməsi icra başçısı tərəfindən tapşırılmayıb, mən etmişəm".
Qeyd edək ki, Məharət Mustafayev İcra Hakimiyyəti başçısı İlqar Abbasovun məsələdən xəbərsiz olduğunu desə də, rəsmi sənəddə onun adı və imzası öz əksini tapıb.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










