Banner

İcra hakimiyyətlərində bəzi şəxslər üç vəzifəni icra edəcəklər

Gündəm 11 Fevral 2026 16:18
İcra hakimiyyətlərində bəzi şəxslər üç vəzifəni icra edəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda icra hakimiyyətlərində aparılan struktur dəyişikliklərindən sonra baş memarların yeni vəzifələri müəyyənləşib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.

Dəyişikliklərə əsasən, baş memar bundan sonra həm Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, həm də Memarlıq-tikinti məsələləri sektorunun müdiri vəzifələrini eyni zamanda icra edəcək.

Qeyd edək ki, əvvəllər baş memar paytaxtın rayon icra hakimiyyətlərində ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin, regionlarda isə Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini icra edirdi.

Oxunub 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh