İctimai nəqliyyat iflic olub – BNA indi təklif verir

Formula-1 yarışları ilə bağlı bəzi küçələrin bağlanması səbəbindən aidiyyəti qurumlar ictimai nəqliyyatdan istifadəni tövsiyə edirlər. Ancaq son iki gündə ictimai nəqliyyatda daha ciddi problemlər özünü göstərir: marşrutlar bəzi hallarda 40-50 dəqiqə gecikir, bu müddətdən sonra isə bir neçə eyni nömrəli marşrut ardıcıl gəlir və yenidən böyük bir fasilə yaranır.
Vaxtaşırı olaraq intervalın pozulması və ictimai nəqliyyatın qeyri-stabil fəaliyyətinin insanlara yaşatdığı gərginliklə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, avtobusların gecikməsi bir çox küçə və prospektdə avtobus zolaqlarının olmaması ilə bağlıdır.
“Avtobus zolağı olsa, interval qorunar və ictimai nəqliyyatın işində problem yaranmaz”, - qurum rəsmisi deyib.
M.Ağayev ayrıca avtobus zolağı olmadığı müddətdə bu çətinliyin davam edəcəyini qeyd edib:
“Biz başqa küçələrə də zolağın çəkilməsi təklifini vermişik, lakin hələ də reallaşmayıb. Məsələn, Bayraq meydanından Azneft istiqamətinə gedən marşrut avtobusları maneə olmadan hərəkət etsə, bu, həm də digər prospektlərin nəqliyyat yükünü azaldar. Həmçinin insanlar görsə ki, ictimai nəqliyyatla getmək daha rahatdır, artıq onlar nə şəxsi avtomobil, nə də taksi xidmətindən istifadə edəcəklər, bu isə yolların yükünün azalmasına səbəb olacaq”.
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










