Banner

İctimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir

Gündəm 19 İyun 2020 17:44 Oxunub 2398
İctimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərtləşdirilmiş karantin rejimində ictimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir. Bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Qərara əsasən, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

3.1.hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2.dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3.logistika xidmətləri;

3.4.ictimai nəqliyyat və taksi xidmətləri.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh