İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Hazırda sərnişindaşıma sahəsində əsas problemlərdən biri də vahid ödəniş kartlarının olmamasıdır. Bu gün avtobusda istifadə edilən ödəniş kartları dəmir yolunda keçərsizdir. Yaxud dəmir yolunda tətbiq edilən ödəniş kartı avtobusda və metroda keçərli deyil. Ona görə də sərnişinlər üzərlərində eyni vaxtda müxtəlif kartlar gəzdirirlər.
Digər bir problemsə sərnişindaşımada güzəştli ödəniş kartlarından istifadə edilməməsidir.
Hansı ki, əksər ölkələrdə bu cür kartlardan geniş istifadə olunur. Məsələn, qonşu Rusiya, Gürcüstan və Türkiyədə sözügedən təcrübə çoxdan tətbiq edilib.
Belə ki, sərnişingünlük, həftəlik, aylıq və hətta illik ödəniş kartları əldə edirlər. Bu kartlar müvafiq müddət ərzində həm metroda, həm avtobusda, həm də dəmir yolunda güzəştli şərtlərlə gediş imkanı yaradır. Nəticədə həm sərnişin daha az xərclə gediş edir, həm də ictimai nəqliyyata maraq artır.
Bəs ölkəmizdə güzəştli kartların tətbiq olunması nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. AYNA-dan bildirilib ki, ictimai nəqliyyatda müxtəlif ödəniş üsulları, o cümlədən saatlıq, günlük, aylıq ödənişlərin tətbiqi məsələsinə ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edildikdən sonra baxıla bilər:
“İctimai nəqliyyatda “brutto-müqavilə” sisteminin tətbiqi sözügedən proseslərin sürətlənməsinə töhfəsini verəcək”./bizim.media
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı










