İctimai nəqliyyatda qiymət bu cür dəyişəcək - Ekspert

İctimai nəqliyyatda yeni tarif mexanizmi dolayı yolla gediş haqqının artırılması deməkdir. Bunu axar.az-a Nazirlər Kabinetinin hesabatında yeni tarif mexanizmi barədə qərarı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, yeni mexanizmin tətbiq edilməsi böyük vəsait tələb edir: “Bu mexanizmdə əsas məsələ məsafəyə görə ödənişdir. Bu, çox çətin mexanizmdir. Dünyanın əksər ölkəsində bu mexanizm tətbiq edilməyib və standart qiymətlər əsasında fəaliyyət göstərirlər. Məsafəyə görə ödənişin hansı mexanizmlə hesablanması isə maraqlıdır. Bunun üçün lazım olan texnologiyanın tətbiqi böyük vəsait və vaxt tələb edir. Bu isə reallığı nəzərə alsaq, “üfüqdə görünən ideya”ya bənzəyir. Ümumilikdə isə belə qəliz işlər bizim üçün real deyil. Gedişat göstərir ki, ictimai nəqliyyatda onsuz da qiymət artımı olacaq. Amma bunu dolayı yolla etmək düzgün deyil. Qiymətlər qalxa bilər, əsas olan isə keyfiyyətli xidmət təşkil etməkdir. Biz bu istiqamətdə işlər görməliyik”.
Ekpsert onu da bildirib ki, yeni mexanizmdə müəyyən kateqoriya üzrə olan insanların ictimai nəqliyyatdan ödənişsiz istifadəsi üçün xidmətlər olacaq və bu güzəştlərdən yararlanan sərnişinlərin ödəniş haqqını daşıyıcı şirkətlərə dövlət ödəyəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il hesabatında ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görüldüyü və bununla bağlı yeni tarif mexaniziminin tətbiq ediləcəyi bildirilib.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










