İctimai yerlərdə qoruyucu maskalardan istifadə icbari edilib

Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
"Koronavirus pandemiyası səbəbindən ölkənin bütün ictimai yerlərində maska taxmaq məcburidir", - məlumatda deyilir.
Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında, həmçinin qeyd olunub ki, ictimai məsafəni qorumaq mümkün olduğu hallar istisna olmaqla, ictimai nəqliyyatda sərnişinlərin ayaq üstə getməsinə icazə verilməyəcək.
Bundan əlavə, restoran, bar, klub və hotellərdə konsertlərin təşkili və ya musiqi qruplarının çıxışı qadağan olunur.
Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 10-da Avropadan qayıdan yerli bir sakində qeydə alınmışdı. Bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 279 mini keçib, 6 673 nəfər ölüb, 251 105 nəfər sağalıb. (APA )
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










