İDDİA: "Qobu Park-3” yaşayış kompleksində binalar QƏZALI VƏZİYYƏTƏ DÜŞÜB - RƏSMİ CAVAB + VİDEO

Bakının Qaradağ rayonunda yerləşən "Qobu Park-3” yaşayış kompleksinin sakinləri binalarının qəzalı vəziyyətdə olduğunu iddia edirlər.
Sakinlərin sözlərinə görə, əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sonradan sular binaların zirzəmilərinə dolub.
Füzuli rayonundan məcburi köçkün olan Zemfira Mehdiyeva deyir ki, binanın dəhlizində və liftinin ətrafında dərin çatlar əmələ gəlib.
Sakinlər iddia edirlər ki, komplekdə təkcə 26-cı bina yox, 8 və 12 saylı binalarda da vəziyyət eynidir.
Bu barədə aidiyyatı dövlət qurumlarına da məlumat verilib.
"Azərsu" ASC dən sorğumuza cavab olaraq bildirldi ki, sözügedən yaşayış kompleksləri qurumun balansında deyil.
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Komitədən bildirldi ki, sorğumuzla bağlı kompleksin tikintisinı aparan podratçıya məlumat verilib. Şirkət nümayəndələri tərəfindən binaya baxış keçirilib. Onun texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, binanıın dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı heç bir problemin aşkarlanmadığı bildirilib.
Avtosfer.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










