Banner

İdmançılarımız olimpiadadan əvvəl və sonra koronavirus testindən keçəcək

Gündəm 23 Sentyabr 2020 15:57 Oxunub 2182
İdmançılarımız olimpiadadan əvvəl və sonra koronavirus testindən keçəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tokio Yay Olimpiya Oyunlarında iştirak edənlər Yaponiyaya getdikdən sonra və ölkəni tərk etməzdən əvvəl koronavirus testindən keçəcək. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, idmançılar, komanda üzvləri və xidmət işçiləri təşkilatçıların verdiyi xüsusi maşınlarla idman obyektləri arasında hərəkət edəcəklər. Yaponiya idmançılarının da digər ölkələrin təmsilçiləri kimi eyni qaydalara tabe olacağı vurğulanır.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh