“İdrak” liseyində “toydan sonra nağara” – VİDEO

Şagirdin müəllimi güllələməsindən sonra “İdrak” liseyində təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, son günlər təhsil müəssisəsinin girişində polis əməkdaşları şagirdlərin çantalarını bir-bir yoxlayır. Məktəblilər ciddi yoxlamadan sonra içəri buraxılırlar.
Qeyd edək ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










