İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş

Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.
Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.
Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
"İdrak" liseyində hansı məşhurların övladları təhsil alırlar?
Sergey Lavrov Ermənistanı necə tələyə salıb? – Politoloq AÇIQLADI
Müəllimi güllələyən şagirdin atası əvvəllər "JEK" rəisi işləyib
Hazırda Bakıya qar yağır - VİDEO
Hava yenidən dəyişəcək - TARİX AÇIQLANDI
Bolt 2035-ci ilə qədər platformasında 100 min avtonom avtomobil hədəfi ilə PAVE Europe-a qoşulur
Bakıya Sovet dövründə əkilən qovaq ağacları çıxarılıb yerinə başqa fidanlar əkilməlidir – EKOLOQ - VİDEO
Yağışlı havada bu qaydanı bilməmək sizə cərimə bahasına başa gələ bilər
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - TRAMP
DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
Bakının 22 istiqamətində tıxac var - SİYAHI











