"İdrak" liseyinin təsisçisi: "Dərslər davam edir"

"Bu gün səhər "İdrak" liseyində baş vermiş olay barədə yazılan və danışılanların xeyli hissəsi dezinformasiyadır. O cümlədən guya insidentdən sonra məktəbdə tədris prosesinin dayanması barədə məlumatlar da yalandır".
Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov söyləyib.
"Məktəbimizdə tədris prosesi davam edir. Hər şey qaydasındadır. Baş verənlərlə bağlı müvafiq tədbirlər görülür. İnsidentdə adı hallanan müəllimənin vəziyyəti normaldır. Narahatlığa əsas yoxdur", - professor bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdakı "İdrak" liseyində şagird müəlliməni güllələyib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Güllə yarası alan 28 yaşlı müəllimə Şəhla Kamilova xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Vətən müharibəsinin müjdəçidi – Aprel döyüşləri - FOTOSESSİYA
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO










