“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”

Gündəm 8 Fevral 2026 12:57
“İdrak”ın rəhbəri o SİRRİ AÇDI:  “Hadisədən sonra xarici ölkədən zəng gəlib”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İdrak” liseyinin rəhbəri Mönsüm Alışovun şagirdin müəllimi güllələməsi haqda verdiyi açıqlamalar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, o, əvvəlcə hadisənin baş verdiyini təsdiqləsə də, sonradan ciddi bir şey olmadığını bildirib və media nümayəndələrini yalan xəbər yaymaqda ittiham edib.

Avtosfer.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Mönsüm Alışovla əlaqə saxlayıb.

O, bəzi saytları və sosial şəbəkə istifadəçilərini yanlış məlumat yaymaqda ittiham edib:

“Yazırlar ki, guya müəllim ölüb. Şükür Allaha, sağdır, vəziyyəti də yaxşıdır. Tədris davam edir, xəbər yayırlar ki, liseydə silahlı hücum olub. Niyə bilmədən səhv məlumat yayırlar axı?

Əvvəlcə mənə fərqli məlumat verilmişdi. Lakin liseyə getdikdə gördüm ki, məsələ başqadır. Hamımız azərbaycanlıyıq, canımızsınız, qeyrətimizsiniz. Ona görə də insanlara doğru məlumat çatdırmaq hamımızın borcudur. Bəziləri bilmədən danışır və təşkilatlar haqqında yanlış fikir formalaşır. Vallah, yüzlərlə adam zəng edir və bunun hamısını cavablandırmaq mümkün deyil. Ortada bir problem var və onu həll etmək lazımdır. Aidiyyəti qurumlar araşdırma aparır, bizim nəsə deməyimiz doğru olmur. Özü də obyektiv, qərəzsiz iş görülür. Gəlin, nəticəni gözləyək”.

M.Alışov şagirdin guya xarici ölkədən tapşırıq alması haqda iddialara da aydınlıq gətirib:

“Bilmirik ki, bu, xaricdənmi qaynaqlanır, yoxsa daxildənmi. Məsələn, mənə xarici dövlətlərdən zənglər gəlir. Bunların nə maraqları var? Araşdırdıq ki, informasiya alan saytların 6-sı xaricdəndir. Araşdırma yekunlaşdıqdan sonra açıqlama veriləndə hamımız doğruları biləcəyik”.

Oxunub 2420
ŞƏRH YAZ
Ad

E-mail

Şərh