İki gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

"House Project" MMC dünən 2, bu gün 1 tenderin qalibi seçilərək 2 gündə 3 qurumla müqavilə imzalayıb. Avtosfer.az xəbər verir ki, şirkət bu Hacıqabul Rayon İcra Hakimiyyəti ilə 4.199,62 AZN dəyərində satınalma müqaviləsi imzalayıb. Alacağı vəsaitin qarşılığında Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə Hacıqabul rayonunda(magistral yol boyunca yaşayış məntəqələrində) Abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması həvalə olunub.
Xatırladaq ki, şirkət dünən də 2 müqavilə imzalayıb. Bunlardan biri Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə, digəri isə Culfa Rayon İcra Hakimiyyəti ilə olub.
Birinci ilə imzalanan müqavilə Zərdab şəhərində abadlıq işlərinin layihə-smeta sənədlərinin tərtib olunması, ikinci ilə ilə imzalanan müqavilə isə Culfa şəhərində Şəhidlər Abidə Kompleksinin əsaslı təmirinin layihələndirilməsi ilə bağlı olub.
Bağladığı müqavilələrə görə şirkətə müvafiq olaraq 5.097,6 AZN və 34.891,66 AZN vəsait ödəniləcək.
Şirkət İcra hakimiyyətləri tərəfindən elan edilən tenderlərdə tez-tez qalib gəlməsi ilə seçilir. Bunlara misal olaraq Yevlax, Ağcabədi, Şamaxı, Şirvan, Ucar, Şəki, Naftalan, Beyləqan, Lerik, Ordubad və Ağstafa rayonu İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə imzalanan müqavilələri göstərmək olar.
Qeyd edək ki, MMC 30 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Ağayeva Nərgiz Qəzənfər qızıdır. Şirkət dövlət qeydiyyatına alındığı zaman isə qanuni təmsilçi Qədirli Nərmin Qəzənfər qızı olub.
Məlumat üçün bildirək ki, şirkətin nə veb-saytı nə də sosial şəbəkə hesbaı var. Şirkətin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Şirkət dövlət qeydiyyatına alındığı zaman ilk olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay ev 93, mənzil 21 ünvanında qyediyyatda olub.
Araşdırmalarımız zaman məlum oldu ki, "House Project" MMC həmin ünvanda qeydiyyata alınmazdan 2 il öncə bu ünvanda "Everest Tikinti Layihə" MMC də qeydiyyatdan keçib.
Onu da əlavə edək ki, "Everest Tikinti Layihə" MMC hələ də o ünvanda qeydiyyatdadı. Ağayeva Nərgiz Qəzənfər qızı müəyyən vaxtlarda bu MMC-nin də qanuni təmsilçisi olub. Şirkətin hazırkı qanuni təmsilçisi isə Qədirova Gülbəniz Telman qızıdır.
Dövlət satınalmalarının vahid internet portalındakə məlumatlara əsasən, "Everest Tikinti Layihə" MMC də müxtəlif vaxtlarda İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə müqavilələr imzalayıb (Valyuta.az).
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA











