İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO

Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməyəcək. Belə ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunda təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağan olunur.
Avtosfer.az xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Vətəndaşlardan biri bildirib ki, sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən paylaşımlar onu ciddi şəkildə narahat edirdi:
"Belə paylaşımların olmaması daha yaxşıdır. İnsanlar etika çərçivəsində danışmalı və davranmalıdırlar".
Hüquqşünas Mircavid Miriyev qeyd edib ki, sözügedən əməllərə görə inzibati məsuliyyət müəyyən olunub. Onun sözlərinə görə, bu cür pozuntulara yol verən şəxslər barəsində 500 manatdan 1 000 manatadək cərimə tətbiq edilə bilər. Eyni zamanda, işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət hesab edilmədikdə 30 günədək inzibati həbs də nəzərdə tutulur. Zəruri hallarda inzibati həbsin müddəti 1 aydan 2 ayadək uzadıla bilər. Bundan əlavə, həmin xətanı törətmiş və barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tərəfindən bu pozuntunun qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halında 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq ediləcək.
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO











