İki ölkə arasında uçuşlar 9 aydan sonra bərpa olundu

Özbəkistanla Tacikistan arasında hava nəqliyyatı doqquz ay sonra yenidən bərpa edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tacikistan Mülki Hava Nəqliyyatı Agentliyinin Baş direktoru İkram Sübhanzadə fəaliyyəti dondurulan Daşkənd-Düşənbə reyslərinin iki ölkənin koronavirusla mübarizə komissiyalarının qərarları ilə yenidən başladığını bildirib.
Daşkənd-Düşənbə reyslərinin Özbəkistan Hava Yolları və Tacikistana aid "Somon Air" tərəfindən həftədə iki dəfə gerçəkləşdiriləcəyini qeyd edən İ.Sübhanzadə sərnişinlərin 72 saat içində alınmış neqativ koronavirus testi təqdim etmələri və uçuş əsnasında gigiyenik qaydalara əməl etmələrinin zəruriliyini vurğulayıb.
İki ölkənin Səhiyyə nazirliklərinin açıqlamalarına görə, Tacikistanda ayın 10-dan bəri yeni yoluxma aşkarlanmayıb, Özbəkistanda isə son dönəmlərdə günlük yoluxma sayı 50 civarındadır.
Özbəkistan ötən ilin sentyabrından bir sıra ölkələrlə hava nəqliyyatını yenidən açıb.
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










