İkinci ''Ağıllı kənd'' layihəsi icra ediləcək, Füzulidə 450 ev tikiləcək - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə ikinci ''Ağıllı kənd'' layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçiriləcək. Prosesə yaxın vaxtlarda başlanacaq.
Avosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, layihə çərçivəsində adıçəkilən kənddə yaşıl və alternativ enerji növlərindən istifadə ediləcək, "ağıllı idarəetmə" sistemi tətbiq olunacaq. Kənddə insanların yaşayışı üçün lazımi infrastruktur qurulacaq. Kəndin ətrafında "Ağıllı kənd" təsərrüfatı sahəsi yaradılacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün zəruri işlər həyata keçiriləcək. Burada xarici investisiya əsasında günəş paneli tarlası salınacaq. Layihənin gücünün 50 meqavat olması gözlənilir. Tarlada 20 daimi iş yeri yaradılacaq. İnsanların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçiriləcək. Millət vəkili əlavə edib ki, Dövlətyarlı kəndində ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Kənddə qurulan müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










