İKTA şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a bildirilib ki, hesabatda 2025-ci ilin III rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb.
Belə ki, 2025-ci ilin II rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub. Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə III rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir.
İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 9400-ə yaxın müraciət daxil olub.
2024-cü ilin noyabrından isə artıq “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı daha əlçatan edib.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI











