İl ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək

"İki il öncə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq qərarına gəldik. Müəssisənin inşası artıq bitmək üzrədir. Oktyabr ayının ikinci yarısında müəssisənin tam istifadəyə yararlı olması gözlənilir. Azərbaycanda istehsal olunacaq "IVECO" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək".
Bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-İmport" MMC-nin təsisçisi Samir İbadullayev deyib.
O bildirib ki, müəssisədə il ərzində 100 ədəd az, orta və çoxtonnajlı yük avtomobilləri istehsal ediləcək:
"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19.2 milyon manatdır, bunun 6.0 milyon manatdan çoxu artıq xərclənib", - deyə iş adamı qeyd edib.
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB








