İlahiyyatçı: “Açıq havada iftar süfrəsi verilə bilər”

Ölkəmizdə Ramazan ayının başlanması ilə bağlı sərt karantin qaydalarının tətbiqinə dair ehtimallar artır. Buna səbəb kimi orucluq ayında insanların daha çox bir yerə toplaşacağı, ünsiyyətin artacağı göstərilir.
Məlumdur ki, Novruz bayramından sonra koronavirusa yoluxma sayında kəskin artım müşahidə olundu. İnsanların kütləvi olaraq bir yerə toplaşması, bayram günlərində bir-birilərinin evinə gedib-gəlmələri yoluxmanı sürətləndirdi. Məhz daha da təlükəli durumun yaşanmaması müvafiq sərt tədbirlərin görüləcəyi deyilir.
Həkim-infeksionist Sadiqə Əliyeva bildirib ki, yoluxma sayı bu tendensiya ilə davam edərsə, Ramazanda müəyyən qapanmaların olması qaçılmazdır:
"İftar süfrələrində toplaşmaların qarşısı alınmalıdır. Hər kəs müəyyən fədakarlıq edib, qaydalara əməl etsə, yoluxma sayında artım olmaz".
İlahiyyatçı Elşad Miri "sherg.az"a açıqlamasında pandemiya dövründə insanların psixologiyasına mənfi təsir edən bir çox amillərin olduğunu söyləyib:
"Bunlardan birincisi insanların bir-biri ilə ünsiyyətsiz olmasıdır. Bəzi yerlərdə ünsiyyət qurmaq qadağan edilmir, lakin çox olmamaq şərti ilə yaxın qohum-əqrəba bir-birini ziyarət etməlidir.
Amma bəzi qaydalara əməl etmək lazımdır. Yəni görüşmədən, qucaqlaşıb-öpüşmədən məsələni həll etmək olar. Bu, problemli bir hal deyil.
Sadəcə olaraq bir çox insanın yığışaraq kütləvi yoluxma yarada biləcək addımlardan çəkinməsi daha məqsədəuyğun olardı. Ancaq insanları heç bir şəkildə ünsiyyətdən kənar qoymaq olmaz. Havalar isinir, bəzi yerlərdə açıq havada iftar süfrəsi verilə, insanlar bir-biri ilə söhbət edə bilər. Amma bunu müəyyən qaydalara riayət etməklə həyata keçirmək mümkündür".
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri, Baş prokuror və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










