Banner

İldə bir dəfə həm Şuşaya, həm də Ağdama getmək olar - RƏSMİ

Gündəm 19 Yanvar 2022 15:01 Oxunub 704
İldə bir dəfə həm Şuşaya, həm də Ağdama getmək olar - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, real tələbat pik həddi keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər aradan qaldırılacaq:

“İlk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh