İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
"Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır".
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.
“Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir”, - deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.













