İlham Əliyev: “Azərbaycanda peyvəndləmə səviyyəsi kifayət qədər yüksəkdir”

“Məhdudiyyətlərin qoyduğu çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük. 2020-2021-ci illərdə sosial yardım paketlərini yaratdıq. Məhdudiyyətlər səbəbindən iş yerlərini itirən şəxslərə yardım etmək məqsədilə 2,9 milyard ABŞ dolları həcmində sosial paketin vəsaitləri dövlət büdcəsindən ayrılmışdı. Biz bu addımları atmağa davam edəcəyik. Çünki biz tamamilə yeni vəziyyətlə üzləşən insanlara yardım etməliyik”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Biz əsasən Sinovac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi kifayət qədər yüksəkdir. Bu, dövlət siyasətidir. Biz məmnunluqla görürük ki, əhali bu işə çox məsuliyyətlə yanaşır. Peyvəndləmə künüllüdür. Biz hər hansı antipeyvəndləmə kampansiyanı görmürük. Yaxud buna qarşı hansısa tendensiyasının şahid deyilik. Azərbaycan xalqı peyvənləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli asanlaşdırır”, - dövlət başçısı bildirib.
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO










