İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO
Gündəm
4 Oktyabr 2022 18:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir.
Məlumat verilib ki, yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb.
Qeyd edilib ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.
Oxunub : 1070
DİGƏR XƏBƏRLƏR
3 Aprel 2026 11:18
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
3 Aprel 2026 09:28
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
2 Aprel 2026 22:39
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
2 Aprel 2026 20:15
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
2 Aprel 2026 19:12
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
2 Aprel 2026 18:54
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
2 Aprel 2026 18:18
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
2 Aprel 2026 14:48
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
2 Aprel 2026 14:23
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
2 Aprel 2026 14:00
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
2 Aprel 2026 12:30
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
2 Aprel 2026 09:46
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
ŞƏRH YAZ











