Prezident göstəriş verdi, Kəlbəcərdə nömrə lövhəsi söküldü - VİDEO - FOTO - YENİLƏNİB

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhə sökülüb.
Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.
Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.
Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
***
Prezident İlham Əliyev Kəlbəcərdə ermənilərin azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdiyi lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.
Avtosfer.az xəbər verir ki, qərar Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olarkən verilib.
Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.

Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir















