İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ

Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilib.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edilir.
Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.
Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Bildirilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Bundan başqa, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
Dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Bundan başqa, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanunun tətbiqini təmin etmək məqsədilə sərəncam da imzalayıb.
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA











