İlham Əliyev Paşinyana: "Kimin dabanlarını yalayırsansa yala, heç kim bizə təsir edə bilməz"
Gündəm
9 Oktyabr 2020 18:46
Oxunub 1442

İlham Əliyev Paşinyana: Kimin dabanlarını yalayırsansa yala, heç kim bizə təsir edə bilməzİlham Əliyev
“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən, yalvarırsansansa yalvar. Kimin ayağının altına yıxılırsansa, yıxıl. Kimin dabanlarını yalayırsansa, yala. Heç kim bizə təsir edə bilməz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma yenə də işğalçıya, bəlkə də, sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan”, - ölkə başçısı əlavə edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













