İlham Əliyev Putinin köməkçisi ilə Zəngəzur dəhlizinin potensialını MÜZAKİRƏ ETDİ

Gündəm 12 İyun 2023 16:30
İlham Əliyev Putinin köməkçisi ilə Zəngəzur dəhlizinin potensialını MÜZAKİRƏ ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

Avtosfer.az xəbər verir ki, tərəflər gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarını müzakirə ediblər.

Həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar müzakirə predmeti olub.
 

Oxunub : 672
ŞƏRH YAZ
Ad

E-mail

Şərh