İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı üçün səylərini səfərbər edib - Ərdoğan

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.
“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi











