İlham Əliyev və Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır - Hikmət Hacıyev

Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır. Bu görüntü regionda davamlı sülhün təşviqi və iki ölkə arasında normallaşma prosesinə verilən siyasi iradənin nümayişidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Hikmət Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv kimi “Sülh Şurası”nın ilk iclasında iştirak edir: "Bu iştirak Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh gündəliyinə sadiqliyinin növbəti təsdiqidir. “Sülh Şurası”nın qurucu sədri kimi çıxış edən Prezident Donald Tramp Azərbaycan–Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib”.
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı











