İlham Əliyevdən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı SƏRƏNCAM
Gündəm 19 Aprel 2021 13:49 Oxunub 290
İlham Əliyevdən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı SƏRƏNCAM

İlham Əliyev “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb. Bu barədə prezident.az məlumat yayıb.

Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh