İlham İsmayılın bacısı oğlu koronavirusdan vəfat etdi
Gündəm
23 İyun 2020 16:19
Oxunub 1026

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın bacısı oğlu Teymur Teymurov koronavirusdan (COVID-19) vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İlham İsmayıl Yenisabah.az-a deyib ki, bacısı oğlu bundan əvvəl infarkt keçirib. “Həm də həddindən artıq kök idi. Bu tərəfdən də koronavirus infeksiyasına yoluxub və görünür ki, ilk gündən bunu bilməyib. Vəziyəti ağırlaşandan sonra təcili yardımla apardılar. Heç bir gün çəkmədi ki, dünyasını dəyişdi”, - deyə ekspert bildirib.
Qeyd edək ki, 42 yaşlı Teymur Teymurov Goranboy rayonunun Xan Qərvənd kənd sakinidir. (Modern.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













