İlin əvvəlindən Azərbaycanda neçə üçəm doğulub? - STATİSTİKA
Gündəm
17 May 2022 18:18
Oxunub 1858

İlin əvvəlindən doğulan üçəmlərin sayı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 29 179 doğulan körpə qeydə alınmış və əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,8 təşkil edib. Doğulanlar arasında cins nisbəti oğlanlarda 53,1 faiz, qızlarda isə 46,9 faiz olub. Körpələrdən 902-si əkiz, 42-si isə üçəm doğulanlardır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













