İlin ilk “Poz-Qazan” oyunu – 200 000 manat böyük uduşlu “Şans Yağışı” satışda!

Daim yenilənən oyunları ilə şans oyunu həvəskarlarını sevindirən “Azərlotereya” ASC 2023-cü ildə ilk “Poz-Qazan” oyunu “Şans Yağışı” ani lotereyasını satışa çıxarıb.
Uduş fondu 34 milyon manat olan “Şans Yağışı” lotereya biletində 200 000 manat böyük uduş və milyonlarla digər müxtəlif məbləğli pul uduşları şanslı qaliblərini gözləyir.
Oyun qaydalarına gəlincə, lotereya biletinin üzərindəki "üstüörtülü" xanaların qoruyucu səthlərini pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəm “RƏQƏMLƏRİNİZ” lövhəsindəki rəqəmlərdən hər hansı biri ilə uyğun gələrsə, bilet uyğun rəqəmin altındakı məbləği qazanır. Eyni hal bir neçə yerdə təkrarlanarsa, uduşlar cəmlənir. “10X” simvolu aşkarlandıqda uduş məbləği 10 qat artır, “pul dəstəsi” simvolu isə 50 (əlli) manat qazandırır.
Eyni zamanda, bilet üzərindəki “BONUS” xanalarında müvafiq olaraq 100, 200 və 500 manat bonus qazanmaq şansı təqdim olunur.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin hazırda satışda olan “Poz-Qazan” biletləri - “10X”, “5X”, “Zümrüd”, “Göz Muncuğu”, “Ani 50”, “Şans Ulduzu”, “Qızıl” və “Tap, Qazan”da müvafiq olaraq 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduş qazanmaq şansı var.
Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, eləcə də “Nizami”, “Xalqlar Dostluğu”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarından və “Araz” supermarketlərindəki satış yerlərindən əldə edə bilərsiniz.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










