İlin sonunda əfv sərəncamı gözlənilirmi? - AÇIQLAMA

“Cari ilin sonunda əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb:
“Bu sərəncamın icrası may ayında baş tutub. Onu da qeyd edim ki, sonuncu əfv sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Cari ildə hər hansı əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı 801 nəfərə şamil olunub. Ümumilikdə isə sonuncu imzalanan əfv sərəncamı ölkədə icra edilən sayca 69-cu əfv sərəncamı olub. Eləcə də 1996-ci ildən etibarən bu günə qədər 12 amnistiya elan olunması haqqında qərar qəbul edilib.
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək










