Reklam

İlin sonunda minimum əməkhaqqı 70-80% artırıla bilər? – İQTSİDAÇI EKSPERTDƏN AÇIQLAMA

Gündəm 4 Sentyabr 2024 18:00 Oxunub 312
İlin sonunda minimum əməkhaqqı  70-80% artırıla bilər? – İQTSİDAÇI EKSPERTDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda son 3 ayda bir sıra xidmətlərdə qiymət artımları müşahidə olunur. Belə ki, əvvəlcə  kommunal xidmətlərdən biri “zibilpulu”na, daha sonra isə ictimai nəqliyyatda gedişhaqqı və internet xidmətlərinə görə edilən artımlar ölkə ərzisində inflyasiya göstəriciləri ilə bağlı faizləri təkrar nəzərdən keçirməyə gərək duyulduğunun göstəricisidir.

Avtosfer.az xəbər verir ki, avqust ayında internet xidmətinə görə ödənişə edilən artım əhali arasında ciddi narazılığa səbəb olub və bununla bağlı bəzi vətəndaşlar etiraz edərək provayderlərdən istifadəni dayandırıb. Bütün qiymət artımlarından sonra vətəndaşları maraqlandıran məsələ isə minimum əməkhaqqının il sonunda artırılıb-artırılmamasıdır. Rabitə və internet xidmətlərinin minimum istehlak səbətinə daxil olmasına baxmayaraq təqdim edilən rəsmi sənəddə 2024-cü ilin istehlak səbətində bu xidmətlərə görə vətəndaşların illik istifadə miqdarı müəyyənləşməyib. Vətəndaşlar minimum istehlak səbətinin minimum əməkhaqqına təsir etməyinin vacibliyini vurğulayıb.

Bununla bağlı bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayaraq bildirib ki, müəyyən edilmiş istiqamətlərdə əhalinin ehtiyac meyarları öyrənilməklə noyabr ayına qədər bütün təkliflər nazirliyə göndərilsin. Ölkə başçısı Prezident İlham Əliyev də ilin əvvəlində ölkədə əhalinin gəlirlərinə artımlar edilməsinin zəruriliyini vurğulayıb.

Mövzu ilə əlaqədar saytımıza açıqlama verən iqtisadçı ekspert Rəşad Hüseynov bildirib ki, ümumilikdə ölkəmizdə qəbul edilən minimum istehlak səbətinin həm keyfiyyət, həm də kəmiyyət baxımdan yenilənməyinə ehtiyac var.

“Uzun müddətdir bu istiqamətdə sükut davam edir. Yeni dövrün tələblərinə uyğun olaraq istehlakın strukturunda baş verən dəyişiklikləri də nəzərə alsaq, həmçinin ölkə nisbətində rifah səviyyəsi göz önünə gətirilməklə bu istiqamətdə həm struktur, həm də kəmiyyət dəyişikliklərinin edilməsi mütləqdir. O cümlədən, istehlak paketinə daxil edilən rabitə və internet xidmətlərindən istifadə ilə bağlı alınan sonuncu qərar 2016-cı ildə səbətə əlavə edilib. Bu qərar isə yeni dövrün tələblərinə, minimum istehlak səbətinin xidmətlər zərfinə adekvat deyil. Məhz bu məqamın nəzərə alınması artıq gündəmdədir. Beləliklə, istehlak səbətinə uyğun olaraq, qiymətlərin səbətə uyğun tənzimlənməsi də nəzərə alınmaqla, əməkhaqqının minimum səviyyəsinin müəyyənləşdirilməsinə, ilk növbədə ehtiyac meyarının və yaşayış minimumunun müəyyən edilməsi ehtiyac var. Bundan sonra isə minimum əməkhaqqının artırılması ilə bağlı addımlar atılmalıdır.

Ümumiyyətlə, hesablamalar əsasında demək olar ki, əməkhaqqının minimum səviyyəsi 600 manat ətrafında müəyyənləşməlidir. Bu bir neçə aspektdən qiymətləndirilir. Birincisi, Azərbaycan hökumətinin özünün hədəfləri var, bu hədəflərdən biri də minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60%-i həddinə çatdırılması idi. Nəzərə alsaq ki, Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manat ətrafındadır və o zaman minimum əməkhaqqının da 600 manat ətrafında olması mütləqdir. Eyni zamanda əhalinin rəsmi statistika ilə sayını nəzərə alsaq, 1 çalışan 2.2 nəfərin rifahını təmin edir. Ehtiyac meyarı hazırda 270 manatdır. Bu çalışanın 2.2 nəfərin rifahını təmin etdiyini nəzərə aldıqda, bu şəxslərin 600-650 manat gəlir əldə etmələri mütləqdir”.

Rəşad Hüseynov sonda onu da vurğulayıb ki, bütün bu məsələləri nəzərə alası olsaq minimum əməkhaqqının 70-80% civarında artırılmasına ehtiyac var.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh