İlk hibrid batareyalı gəmi istifadəyə verilib

Estoniyanın Virtsu-Kuivastu limanından ilk hibrid batareyalı “Tõll” gəmisi sərnişinlərin istifadəsinə verilib. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, gəminin ilk reysi üçün akkumulyatorları ölkənin İqtisadiyyat və İnfrastruktur naziri Taavi Aas, “TS Laevad” şirkətinin sədri Valdo Kalm və “TS Laevad” idarə heyətinin sədri Yaak Kaabel işə salıb.
“Bütün nəqliyyat sektoru iqlim hədəflərinə çatmaq üçün irəliləyir. İddialı iqlim hədəfləri ekoloji cəhətdən təmiz texnologiyalara və qərarlara keçidi sürətləndirir. Hibrid batareyalı ilk sərnişin gəmisi Estoniyadakı bütün bərə daşımaları üçün inkişaf meyarıdır” – deyə nazir T.Aas söyləyib.
Bildirilib ki, gəminin akkumulyator batareyaları onun elektrik enerjisi ilə qismən hərəkət etməsinə imkan verir ki, bu da istifadə olunan dizel yanacağının miqdarını azaldır və havanın çirklənməsinin qarşısını alır.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










