İlk tədris günü nəqliyyat sıxlığının qarşısını almaq üçün kompleks tədbirlər görülüb

Gündəm 15 Sentyabr 2020 13:11
İlk tədris günü nəqliyyat sıxlığının qarşısını almaq üçün kompleks tədbirlər görülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarda nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

Oxunub : 590
ŞƏRH YAZ
Ad

E-mail

Şərh