İlkin Həsəninin polisə şikayət etdiyi qadın tanınmış imiş

Xəbər verdiyimiz kimi, dünən aparıcı İlkin Həsəni həyat yoldaşını təhqir edən xanımla bağlı DİN-ə video-müraciət ünvanlamışdı. Məlum olub ki, həmin xanım dietoloq Ləman Süleymanovadır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün sözügedən Ləman Süleymanova da instaqram hesabı vasitəsilə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Dietoloqun sözlərinə görə, iki ay əvvəl bir xanım yolun ortasında fotosessiya edirdi:
"Mən avtomobilimə əyləşmək istəyəndə ondan xahiş etdim ki, mənə icazə verin. Xanım isə məni küçə söyüşləri ilə təhqir etməyə başladı. İki ay boyunca mənə şantaj xarakterli zənglər olunub. Dünən öyrəndim ki, həmin xanım İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni imiş. Belə ki, dünən mənə zəng olundu və özünü polis kimi təqdim edən şəxs məni 37-ci Polis Bölməsinə dəvət etdi. Lakin həmin şəxş özünü təqdim etmədi. Daha sonra məlum oldu ki, həmin şəxs polis adı ilə İlkin Həsəni imiş".
L.Süleymanova bildirib ki, ona təzyiq olunmağa başlayıb:
"Tələb edirəm bu iş məhkəməyə göndərilsin. Kim günahkardırsa, kim təhqir edibsə qanun qarşısında cəzalandırılsın".
Qeyd edək ki, dünən aparıcı İlkin Həsəninin müraciətindən sonra DİN-in Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO










