Banner

İmişli sakini Kür çayında batıb

Gündəm 22 İyun 2020 15:42 Oxunub 1096
İmişli sakini Kür çayında batıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunun Mollakənd kəndində 15 yaşlı gənc Kür çayında batıb. İmişli rayonunun Telişli kənd sakini Aqil Şahverdi oğlu Yusifov dostları ilə çayda çimərkən boğularaq ölüb.

Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda onun meyitin tapılaraq sudan çıxarılması istiqamətində təxirəsalınmaz işlər dəvam etdirilir.

Faktla bağlı araşdırma aparılır. ("Report")

ŞƏRH YAZ
Ad

E-mail

Şərh