İmişlidə 5 nəfər brakonyer saxlanılıb - FOTO
Gündəm
29 Avqust 2020 20:32

İmişli rayonunda 5 nəfər brakonyer saxlanılıb APA-nın məlumatına görə, onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu və eyni zamanda ov ləvazimatları aşkar edilib. Brakonyerlər 100-ə yaxın müxtəlif növdən olan çöl quşlarını qanunsuz olaraq ovladığına görə polis əməkdaşları tərəfindən saxlanılıb. Brakonyerlərdən Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib.
Həmçinin əməliyyat zamanı İmişli sakinləri Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Keçirilən əməliyyat zamanı brakonyerlərdən ümumilikdə 3 ədəd ov silahı, xeyli maket və digər ov ləvazimatları, həmçinin 100-ə yaxın müxtəlif növ ov quşu götürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1942
DİGƏR XƏBƏRLƏR
29 Mart 2026 09:13
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
28 Mart 2026 12:00
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
28 Mart 2026 10:45
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
28 Mart 2026 09:36
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
27 Mart 2026 23:09
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
27 Mart 2026 20:30
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
27 Mart 2026 18:55
Sabunçu keçidi bağlandı - VİDEO
27 Mart 2026 18:12
FHN əhaliyə müraciət etdi
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
ŞƏRH YAZ













