İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olunub - FOTO

İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olunub. Avtosfer.az-ın məlumatına görə, bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə tərkibində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İmişli Rayon Polis Şöbəsi, bələdiyyə sədrləri və aidiyyəti üzrə nümayəndəliklərin təmsilçilərinin daxil olduğu Komissiya yaradılıb.
Komissiya tərəfindən aparılmış monitorinqlər zamanı İmişli rayonu ərazisində torpaq qanunvericiliyinin və yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar edilib, o cümlədən qum-çınqıl hasilatının müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi müəyyən olunub. Nəticədə Komissiyanın keçirdiyi monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının hər biri ilə bağlı qanunauyğun hüquqi tədbirlər görülməsi məqsədilə aktlar tərtib edilərək aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara məktublar göndərilib.
Qeyd edək ki, aparılmış monitorinqlər zamanı qeydə alınmış foto materiallar qanunsuz fəaliyyətin miqyasını və ətraf mühitə vurulan ziyanın ciddiliyini əyani şəkildə əks etdirir. Hazırda monitorinqlər nəticəsində qanunsuz fəaliyyəti aşkar edilmiş qum-çınqıl karxanalarının texnika və avadanlıqları, İmişli Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılaraq fəaliyyətləri dayandırılır.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO













