İnanılmaz rekord: Motosikletdə ən uzun dünya səyahəti neçə il davam edib? - FOTO

Argentinalı Emilio Skotto maraqlı rekorda imza atıb. Adam ən uzun səyahəti motosikletlə edib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, rekord səyahət 10 il davam edib.
"Ginnesin Rekordlar Kitabı"nın tərtibçiləri argentinalının nailiyyətini nəzərdən qaçırmayıblar. Rekordçu 1956-cı ildə anadan olub. Bir müddət Skotto əczaçılıq şirkətinin əməkdaşı olub. Ancaq 30 yaşına bir il qalmış adam səyahət etmək istədiyi qənaətinə gəlib.
Argentinalı həyatını bu fəaliyyətə həsr etmək qərarı alıb. Skotto işini atıb motosikletlə səyahətə çıxıb. Səyahət 1985-ci il yanvarın 17-də başlayıb və 2 aprel 1995-ci ildə başa çatıb. Bu 10 il ərzində motosikletçi 735 min kilometr yol qət edib və 214 ölkəni gəzib.
Skotto təəssüratlarını 2007-ci ildə nəşr olunan və oxucular arasında kifayət qədər uğur qazanan bir kitabda təsvir edib. Və "Ginnesin Rekordlar Kitabı"nın tərtibçiləri belə nəticəyə gəliblər ki, o, motosikletlə ən uzun səyahət edib. O vaxtdan bəri kataloqda Emilio Skotto adı çəkilir.

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











