İndi də “brifinq psixozu” yaranıb – “Operativ Qərargah fəaliyyəti narahatlıq doğurur”

Xəbər verdiyimiz kimi bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinq saat 16:00-a təyin edilib.
Artıq bir neçə həftədir, media ilə yanaşı, vətəndaşlar da keçiriləcək brifinqi səbrsizliklə gözləyirlər. Əksəriyyət bayram öncəsi planlarını müəyyənləşdirmək, qapanmalarla bağlı məlumat almaq üçün səbrsizlənir. Ağıllarda isə eyni suallardır: “Karantin rejimi yenidən sərtləşdiriləcəkmi? Yenə rayonlara gəliş-gediş məhdudlaşdırılacaqmı? Bayram günlərində ictimai nəqliyyatdan istifadə edə biləcəyikmi? Sms icazə sistemi necə?”.
Digər tərəfdən Operativ Qərargahın brifinqlərlə bağlı müəmmalı davranışı əlavə narahatlıqlar yaradır. Qurum rəsmilərinin yayılan şayiələrlə bağlı susqunluğu informasiyasızlıq mühiti yaradıb. Doğrudur, atılan bütün addımlar insanların sağlamlığına hesablanıb. Amma olmazdımı ki, qərarlardan vaxtında agah olaq? Ya da yayılan qeyri-rəsmi məlumatlara dərhal reaksiya verilsin?
Sfera.az-ın məlumatına görə tanınmış həkim Vaqif Qarayev də bununla bağlı bildirib ki, Covid-19 psixozu bir ildən çoxdur ki, hamını üzür: “Son vaxtlar da brifinq psixozu yaranıb. Niyə bu qədər gərginlik yaradılır? Brifinqlərdə insanları ən çox narahat edən avtobus məsələsinə normal cavab verilibmi? Düz bir ildir, bu məsələyə “baxılır”. Belə gərgin, üzücü vəziyyət yaratmaqdansa, Operativ Qərargah gündəlik məlumat versə yaxşıdır”.
Mütəxəssis bildirib ki, qurum yoluxma məkanları, yoluxmanın səbəbləri və s. haqqında məlumat verməlidir: “Qapanma olacaqsa, bunu da mətbuata bildirmək olar. Britaniya ştammından cin obrazı yaratmaq düzgün deyil”.
Qeyd edək ki, dünən Milli Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycanda 3 nəfərdə koronavirusun “Britaniya ştammı”nın aşkarlandığını açıqlayıb. Bugünkü brifinqdə sabahdan başlayacaq tətil günləri ilə bağlı qərarın veriləcəyi gözlənilir.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










