İnkassatorlar avtobus zolağına hansı halda daxil ola bilər?

Azərbaycanda nəqliyyat sferasının inkişafı daim dövlətin xüsusi diqqət mərkəzində yer alıb.
Son illər ərzində ölkəmizdə çoxsaylı yol-nəqliyyat layihələri həyata keçirilib, yeni yollar salınıb, körpülər, yeraltı və yerüstü keçidlər inşa edilib.
Eyni zamanda Bakı küçələrində ictimai nəqliyyatın sərbəst hərəkəti təmin etmək üçün avtobus zolaqlarının sayı artırılır.
Maraqlıdır, dünya təcrübəsinə görə, avtobus zolaqlarından yanğınsöndürən, təcili tibbi yardım, polis avtomobilləri, paytaxtda poçt xidməti göstərən və banklara məxsus inkassator maşınları istifadə edə bilər?
Avtosfer.az-ın “Cebheinfo”ya istinadən məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov bildirib ki, paytaxtın 29 küçə və prospektində uzunluğu 85 km xüsusi hərəkət zolağı təşkil edilib:
“Hazırda bu istiqamətdə işlər davam etdirilir. Təşkil edilən zolaqlarla yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır".
Qeyd edək ki, qaydalara əsasən, operativ nəqliyyat vasitələri - yanğınsöndürən, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər avtobus zolağına daxil ola bilər.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










