Banner

İnsan alveri ilə məşğul olan qadına ağır cəza verildi - 9 il

Gündəm 30 Avqust 2021 17:43 Oxunub 2330
İnsan alveri ilə məşğul olan qadına ağır cəza verildi - 9 il
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Qubadlı rayon sakinini həbs edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Qubadlı rayon sakini Həsənova Zenfira Malik qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsəd Abasovun  sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Həsənova Zenfira Malik qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh