"İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına uğun olaraq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi və İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının birgə tədbirlər planına uyğun olaraq “XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir dünyada müasir köləlik” adlı layihə çərçivəsində Bakı şəhəri 15 saylı Peşə Litseyində tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, 15 saylı Peşə Litseyində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Vamiq Naməndzadə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis leytenantı inspektor Kamil Abdullayev və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.
15 saylı Peşə Litseyində 100 dən artıq müəllim və tələbələrə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbiri keçirilib. Tədbirlərdə 100 dən artıq tələbə və müəllim iştirak edib, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılıb.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










