“İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçirilib. DİN yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tərəfindən təqdim olunan seminarda Akademiyanın əməkdaşları və tələbələri, eləcə də DGK-nın Əməliyyat İstintaq Baş İdarəsinin, ərazi və ixtisaslaşmış struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov insan alverinə qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə olkəmizdə görülən işlərdən bəhs edərək mövzu üzrə gömrük əməkdaşlarının maarifləndirilməsinin önəmini xüsusilə qeyd edib.
Seminarda insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, ölkəmizdə bu sahədə qanunvericilik bazası və insan alverinə qarşı mübarizə tədbirlərindən ətraflı bəhs ediblər.
Daha sonra mövzu üzrə video-çarx nümayiş olunub.
İnteraktiv şəraitdə keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











