İnsan sümüyündən hazırlanan yeni narkotik — FOTO

Afrikada insan sümüyündən hazırlanan narkotik növü kütləvi ölümə səbəb olur. Hazırda bu narkotikdən ən çox istifadə edən Syerra-Leone ölkəsidir. Bu ölkədə sintetik kannabinoidlərdən və insan sümüklərindən hazırlanan narkotik maddənin adı kuşdur. Kuş o qədər ucuzdur ki, bu kasıb ölkədə ondan hər kəs alıb istifadə edə bilir. Məhz buna görədir ki, Sierra Leonenin paytaxtı Fritaunun küçələrində kuşa asılılığı olan insanlara addımbaşı rast gəlinir. Onlar zombi kimi hərəkət edir və ətrafdakılara heç bir reaksiya vermirlər. Kuş istifadəçiləri bir qayda olaraq infeksiyaya yoluxurlar. Onların qolları və ayaqları şişir. Bizim.Media xəbər verir ki, son aylarda şəhərdə narkotika aludəçiləri arasında yüzlərlə ölüm qeydə alınıb. Ölkədə psixiatrik yardım göstərən yeganə tibb müəssisəsinə son aylarda 2 minə yaxın kuş istehlakçıları yerləşdirilib. Xəstəxananın həkimi Tayson Konte deyir ki, kuş tramadol dərmanı qədər populyardır. “Kuşdan əhalinin bütün təbəqələri istifadə edir. Həm kişilər, həm qadınlar, həm kasıblar, həm də zənginlər tərəfindən hər gün kuş qəbul edilir. Hazırda ölkədə kuşdan istifadə etməyən əhalinin sayı çox azdır”.
Kuşun populyarlığı onun aşağı qiymətə olmasıyla bağlıdır. Bir doza təxminən beş leoneyə və yaxud 2 sentə başa gəlir. Kuşa aludə olan bir insana gün ərzində 40 doza qəbul edir. Bu da hətta kasıb Afrika ölkəsi üçün də münasib xərcdir.
Kuşun təsiri altında insanlar bir növ transa düşürlər...
Onlar real dünya ilə əlaqəni kəsirlər. Yuxuya getmirlər və gecələr də zombi kimi hərəkətdə olurlar. Kuşun təsiri altında olan insanlar özlərini idarə edə bilmirlər. Əvəzində özlərinə və başqalarına zərər verə bilirlər. Kuş aludəçilərin sayı artıqca cinayətlərin də sayı artır. Onların hesabına oğurluq və ağır cinayətlərin sayı durmadan çoxalır. Bir çox narkomanlar sata biləcəkləri əşyalar tapmaq üçün bütün günlərini zibilxanalarda və kanalizasiyalarda keçirir.
Deyilənə görə kuşun tərkib hissəsi insan sümükləridir Ona görə də bu ölkədə tez-tez tabutlar oğurlanır. Keçən avqustda yerli mətbuatda kuş və sümük üçün məzar qazan dörd nəfərin həbs olunduğu xəbəri yayılmışdı.
Bu il hakimiyyət daha da irəli gedərək qəbiristanlıqların təhlükəsizliyini gücləndirib. Əks halda qəbirlərin talanını dayandırmaq mümkün deyil.
Sonda onu da qeyd edək ki, kuş narkotik növü təkcə Sierra Leonedə deyil. Qonşu ölkələrdə, xüsusən də Qvineya və Liberiyada da geniş yayılıb.


Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI









